8 fevral 2026. Bazar günü

Levandovski Messi və Ronaldonun rekordunu təkrarladı


Levandovski Messi və Ronaldonun rekordunu təkrarladı

“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovski tarixi rekordunu təkrarlayıb.

90deqiqe.Az-ın "Opta Sport"a istinadən məlumata görə, 37 yaşlı futbolçu XXI əsrdə Avropanın aparıcı beş liqasında ardıcıl 15 mövsüm iki rəqəmli qol həddinə çatan futbolçular siyahısına daxil olub. 

Statistikaya görə, Levandovski 2025/2026 mövsümündə La Liqada 10 qol vurub və Lionel Messi (15 mövsüm) və Kriştiano Ronaldodan (16 mövsüm) sonra bu uğura çatan üçüncü oyunçu olub. Ronaldunun rekordları Premyer Liqa (“Mançester Yunayted”), La Liqa (“Real”) və Seria A (“Yuventus”), Messinin rekordları isə La Liqa (“Barselona”) və Fransa çempionatında (PSJ) qeydə alınıb.

Levandovski bu nailiyyətə La Liqanın 23-cü turunda “Mayorka” ilə matçda (3:0) qol vurmaqla nail olub.

Qeyd edək ki, polyak hücumçu 2022-ci ildən “Barselona”da çıxış edir. Daha əvvəl o, “Bavariya” və “Borussiya Dortmund”da oynayıb. Cari mövsümdə Levandovski 28 oyuna çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.







İspaniya L.L.

“Atletiko” evdə “Betis”ə uduzdu
  • İspaniya L.L.
  • 23:35 08.02.2026
“Atletiko” evdə “Betis”ə uduzdu
“Barselona” 3 xalı 3 qolla qazandı
  • İspaniya L.L.
  • 22:21 07.02.2026
“Barselona” 3 xalı 3 qolla qazandı