9 fevral 2026. Bazar ertəsi

“Real” səfərdə “Valensiya”ya qalib gəldi


“Real” səfərdə “Valensiya”ya qalib gəldi

İspaniya La Liqasının 23-cü turu çərçivəsində “Valensiya” ilə Madrid “Real”ı arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Valensiya şəhərindəki “Mestalya” stadionunda təşkil olunan oyunun baş hakimi Xorxe Bueno Mateo olub. Görüşdə qonaq komanda minimal fərqlə qalib gəlib – 0:2.

Matçda hesab 65-ci dəqiqədə “Real”ın müdafiəçisi Alvaro Karreras tərəfindən açılıb. Qarşılaşmanın əlavə olunmuş vaxtında, 90+1-ci dəqiqədə isə madridlilərin hücumçusu Kilian Mbappe ikinci qolu vuraraq oyunda yekun hesabı müəyyənləşdirib.

23 turdan sonra Madrid “Real”ı İspaniya çempionatında 57 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Valensiya” isə 23 xalla 17-ci sırada yer alır.

Növbəti turda Madrid “Real”ı fevralın 14-də doğma meydanda “Real Sosyedad”ı qəbul edəcək. “Valensiya” isə bir gün sonra səfərdə “Levante” ilə üz-üzə gələcək.







İspaniya L.L.

“Atletiko” evdə “Betis”ə uduzdu
  • İspaniya L.L.
  • 23:35 08.02.2026
“Atletiko” evdə “Betis”ə uduzdu