14 may 2026. Cümə axşamı

“Barselona”nın prezidenti Joan Laporta istefa verib


“Barselona”nın prezidenti Joan Laporta istefa verib

İspaniyanın “Barselona” futbol klubunda rəhbərlik səviyyəsində mühüm dəyişikliklər baş verib.

90deqiqe.Az-ın məlumatına görə, klubun prezidenti Joan Laporta və direktorlar şurasının bir neçə üzvü tutduqları vəzifələrdən istefa veriblər. Qərar martın 15-də keçiriləcək yeni seçkilərdə iştirak etmək məqsədi daşıyır.

Məlumata görə, direktorlar şurası yeni tərkibdə iyunun 30-dək fəaliyyət göstərəcək. Bu müddət ərzində klubun müvəqqəti prezidenti vəzifəsini Rafael Yuste icra edəcək.

Qeyd edək ki, qarşıdan gələn seçkilər “Barselona”nın gələcək idarəçilik strategiyası baxımından mühüm əhəmiyyət daşıyır.







İspaniya L.L.