11 fevral 2026. Çərşənbə

"Mənə qarşı böyük ədalətsizlik oldu"


"Mənə qarşı böyük ədalətsizlik oldu"

Ötən mövsüm parlaq çıxış etməsinə baxmayaraq, ciddi fərdi mükafatlar qazana bilməyən "Barselona"nın cinah yarımmüdafiəçisi Rafinya bu mövzu ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Cadena SER” 29 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

 “Əməklərinə görə tanınmaq xüsusi hissdir. Bu, çox xoşdur. Mənim üçün əsas olan komandada qazandığımız titullardır – kluba da məhz bunun üçün gəlmişəm. Amma fərdi mükafatların mənim üçün önəmli olmadığını desəm, yalan danışmış olaram. Hansı mövsüm keçirdiyimi bilirəm. Bunun çox ədalətsiz olduğunu da anlayıram. Lakin sonda elə məqamlar var ki, onları nəzarətdə saxlaya bilmirəm. Meydandan kənarda baş verənlərə təsir etmək gücündə deyiləm”

Braziliyalı futbolçu “Qızıl top” səsverməsində 5-ci yeri tutub. "FIFA The Best" mükafatına gəlincə isə, Rafinya nə final mərhələsinin üç namizədi arasında yer alıb, nə də 11 oyunçudan ibarət simvolik heyətə düşüb.







İspaniya L.L.

“Atletiko” evdə “Betis”ə uduzdu
  • İspaniya L.L.
  • 23:35 08.02.2026
“Atletiko” evdə “Betis”ə uduzdu