13 fevral 2026. Cümə

“Atletik”ə transfer qadağası qoyuldu


“Atletik”ə transfer qadağası qoyuldu

Bilbao “Atletik”i yeni futbolçuların qeydiyyatına görə FIFA tərəfindən sanksiyaya məruz qalıb.

90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumata görə, bask klubu qarşıdakı üç transfer pəncərəsində – 2028-ci ilin yanvar ayınadək heyətinə yeni oyunçu qata bilməyəcək. Qərarın klubun normativ tələbləri dəfələrlə pozması səbəbindən verildiyi bildirilir.

Xatırladaq ki, “Atletik” ötən ilin yayında transferlərə 20 milyon avrodan artıq vəsait xərcləyib. Bilbao təmsilçisi “Əl-Nəsr”dən Emerik Laportu, “Osasuna”dan isə Xesus Aresonu heyətinə qatmışdı.

Qeyd edək ki, klubun ənənəsinə əsasən, “Atletik”in heyətində yalnız bask mənşəli futbolçular çıxış edə bilər.

Hazırda Bilbao komandası La Liqanın turnir cədvəlində 23 turdan sonra topladığı 28 xalla 10-cu pillədə qərarlaşıb.







İspaniya L.L.

“Atletik”ə transfer qadağası qoyuldu
  • İspaniya L.L.
  • 23:59 12.02.2026
“Atletik”ə transfer qadağası qoyuldu
“Real”da heç bir problemim yoxdur”
  • İspaniya L.L.
  • 21:20 12.02.2026
“Real”da heç bir problemim yoxdur”