15 fevral 2026. Bazar günü

“Barselona” hakimlikdən narazıdır - federasiyaya şikayət göndərildi


“Barselona” hakimlikdən narazıdır  - federasiyaya şikayət göndərildi

İspaniya Kubokunda "Atletiko Madrid"ə 0:4 hesabı ilə məğlub olan "Barselona" hakimliklə bağlı Kral İspaniya Futbol Federasiyasına rəsmi şikayət ünvanlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, məktub federasiya prezidentinə, Hakimlərin Texniki Komitəsinin rəhbərinə, VAR sisteminin məsul şəxsinə və hüquq məsələləri üzrə direktora göndərilib.

Şikayət məktubunda “Barselona” bir sıra məqamlarla bağlı narahatlığını ifadə edib. Klub hakimlik meyarlarında ardıcıllığın olmamasını, əl oyunu ilə bağlı ziddiyyətli qərarları, VAR sisteminin tətbiqi və şəffaflığı ilə bağlı sualları, eləcə də referinin monitor qarşısına dəvət olunması meyarlarını önə çəkib.

Açıqlamada vurğulanıb ki, təşəbbüs hakimlərin peşəkarlığını şübhə altına almaq məqsədi daşımır. Məqsəd tətbiq olunan meyarların təcili şəkildə yenidən nəzərdən keçirilməsinə nail olmaq, qərarlarda ardıcıllığı təmin etmək, bütün klublara bərabər münasibəti qorumaq və yarışın nüfuzunu saxlamaqdır.

Bundan əlavə, “Barselona” şəffaflığın təmin edilməsi məqsədilə hakimlərlə VAR arasında aparılan bütün danışıq yazılarının ictimaiyyətə açıqlanmasını tələb edib.

Qeyd edək ki, kataloniya təmsilçisi növbəti oyununu fevralın 16-da "Jirona"ya qarşı keçirəcək.







İspaniya L.L.

Ramos “Sevilya”nın sahibi ola bilər
  • İspaniya L.L.
  • 21:41 14.02.2026
Ramos “Sevilya”nın sahibi ola bilər
“Atletik”ə transfer qadağası qoyuldu
  • İspaniya L.L.
  • 23:59 12.02.2026
“Atletik”ə transfer qadağası qoyuldu
“Real”da heç bir problemim yoxdur”
  • İspaniya L.L.
  • 21:20 12.02.2026
“Real”da heç bir problemim yoxdur”