15 fevral 2026. Bazar günü

“Valensiya” XXI əsrdə ən zəif mövsümünü yaşayır


“Valensiya” XXI əsrdə ən zəif mövsümünü yaşayır

İspaniyanın “Valensiya” klubu cari mövsümdə 21-ci əsrdə ən zəif hücum göstəricisini nümayiş etdirir.

90deqiqe.Az-ın məlumatına görə, 23 turdan sonra komanda yalnız 23 qol vurub – bu, hər oyuna orta hesabla 1 top deməkdir.

Məsələn, "Barselona" artıq 63 qol vurub – oyun başına orta hesabla 2,75 qol. Son illərdə “şirlər”in hücum xətti həmişə zəif olub: bir il öncə 23 turdan sonra 24 qol, iki il əvvəl isə 29 qol vurulmuşdu.

Amma son 40 ildə belə zəif göstərici qeydə alınmayıb – sonuncu dəfə 1988/1989 mövsümündə 23 turdan sonra “Valensiya” yalnız 22 qol vurmuşdu. O vaxt komanda həm də müdafiədə möhkəm çıxış edirdi və 26 qol buraxaraq çempionatı üçüncü yerdə bitirmişdi.

Hazırda isə “Valensiya” 37 qol buraxıb ki, bu da La Liqada aşağıdan ikinci nəticədir.







İspaniya L.L.

Ramos “Sevilya”nın sahibi ola bilər
  • İspaniya L.L.
  • 21:41 14.02.2026
Ramos “Sevilya”nın sahibi ola bilər
“Atletik”ə transfer qadağası qoyuldu
  • İspaniya L.L.
  • 23:59 12.02.2026
“Atletik”ə transfer qadağası qoyuldu
“Real”da heç bir problemim yoxdur”
  • İspaniya L.L.
  • 21:20 12.02.2026
“Real”da heç bir problemim yoxdur”