26 iyun 2026. Cümə

“Real Madrid” evdə “Real Sosyedad”ı darmadağın etdi


“Real Madrid” evdə “Real Sosyedad”ı darmadağın etdi

İspaniya La Liqasının 24-cü turunda “Real Madrid” ilə “Real Sosyedad” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumata görə, "Santiaqo Bernabeu Stadium" stadionunda keçirilən matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 5-ci dəqiqədə madridlilərin hücumçusu Qonzalo Qarsiya açıb. 21-ci dəqiqədə qonaqların forvardı Mikel Oyarzabal penaltidən dəqiq yararlanaraq hesabı bərabərləşdirib. Cəmi dörd dəqiqə sonra, 25-ci dəqiqədə Vinisius Junior də 11 metrlik cərimə zərbəsini qola çevirərək “kral klubu”nu yenidən önə çıxarıb.

31-ci dəqiqədə Federico Valverde fərqi artırıb. İkinci hissənin əvvəlində isə Vinisius Junior ikinci penaltini dəqiq yerinə yetirərək dubla imza atıb və hesabı 4:1 edib. Qalan dəqiqələrdə hesab dəyişməyib.

 Bu nəticədən sonra “Real Madrid” 24 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir. “Real Sosyedad” isə 31 xalla 8-ci pillədə qərarlaşıb.

Növbəti turda “Real Sosyedad” fevralın 21-də doğma meydanda "Real Ovyedo" ilə üz-üzə gələcək. “Real Madrid” isə eyni gündə səfərdə "Osasuna" ilə qarşılaşacaq.







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"