25 iyun 2026. Cümə axşamı

"Atletik"dən Niko Uilyamsla bağlı açıqlama


"Atletik"dən Niko Uilyamsla bağlı açıqlama

"Atletik Bilbao"nun ulduz vingeri Niko Uilyams həftəsonu "Real Ovyedo" ilə oyunu buraxıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu yaxın matçlarda da komandasına kömək edə bilməyəcək. Bildirilir ki, Uilyams pubalgiya (qasıq nahiyəsində ağrı sindromu) səbəbindən kənar mütəxəssisin nəzarəti altında müalicəyə başlayıb.

O, xüsusi proqram əsasında müalicə alacaq. Bərpa müddəti isə reabilitasiyanın gedişindən asılı olacaq və dəqiq vaxt açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl mətbuatda Niko Uilyamsın müəyyən diskomfortla oynadığı yazılmışdı. 22 yaşlı futbolçu cari mövsümdə 26 rəsmi matçda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır