- İspaniya L.L.
- 21:00 17.02.2026
"Barselona" rəhbərliyi yarımmüdafiəçi Pedrinin yalnız oyun keyfiyyətlərindən deyil, şəxsi xüsusiyyətlərindən də məmnundur.
90deqiqe.Az-ın “The Touchline”yə istinadən məlumatına görə, 23 yaşlı futbolçu sadə və nizamlı yaşam tərzi ilə diqqət çəkir.O, qazancını dəbdəbəli avtomobillərə və ya zinət əşyalarına sərf etmir, əvəzində gələcək üçün dayanıqlı kapital formalaşdırmağa üstünlük verir.
Mənbənin məlumatına əsasən, klub rəhbərliyi futbolçunun investisiya fəaliyyətini dəstəkləyir. Pedri İspaniyanın müxtəlif bölgələrində hotellərin alınması və bərpasına sərmayə yatırır.
Qeyd edək ki, yarımmüdafiəçi “Barselona”nın heyətində 227 rəsmi oyunda iştirak edib. O, bu matçlarda 28 qol vurub və 29 məhsuldar ötürmə edib.
Hazırda Kataloniya təmsilçisi La Liqa turnir cədvəlində ikinci pillədə qərarlaşıb.