20 fevral 2026. Cümə

“Real”ın müdafiəçisi mövsümün son mərhələsinə yetişəcək


“Real”ın müdafiəçisi mövsümün son mərhələsinə yetişəcək

"Real Madrid"in müdafiəçisi Eder Militao dekabrın əvvəllərindən etibarən əzələ zədəsi səbəbindən komandadan uzaq qalıb.

90deqiqe.Az-ın "The Touchline"yə  istinadən məlumatına görə, braziliyalı oyunçunun bərpa prosesi yaxşı gedir və klub onun apreldə meydanlara qayıdacağını gözləyir.

28 yaşlı müdafiəçi mövsümün son mərhələsində “Real”a ciddi dəstək verəcək. Klub rəhbərliyi və məşqçi heyəti onun tam forma qayıdacağına ümid edir.

La Liqa turnir cədvəlinə baxdıqda, “Real” lider mövqedədir və ikinci pillədə qərarlaşan "Barselona"dan 2 xal öndədir. Komanda hazırda fevralın 21-i, şənbə günü səfərdə Osasuna ilə matça hazırlaşır. Militaonun qayıdışı Madrid təmsilçisinin mövsümün son turunda daha güclü görünməsinə imkan verəcək.







İspaniya L.L.

Ramos “Sevilya”nın sahibi ola bilər
  • İspaniya L.L.
  • 21:41 14.02.2026
Ramos “Sevilya”nın sahibi ola bilər