- İspaniya L.L.
- 16:51 21.02.2026
Braziliyalı hücumçu Endrik qış transfer pəncərəsində "Real Madrid"dən "Lion" klubuna icarəyə gəldikdən dərhal sonra fərqlənməyə başlayıb.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, Madrid klubu 19 yaşlı futbolçudan gələn mövsümdə də istifadə etməyi planlaşdırır, lakin yekun qərar hələ verilməyib.
“Real” Endrikdən növbəti mövsümdə də ümidlidir, lakin yayda onun vəziyyəti yenidən nəzərdən keçiriləcək. Futbolçunun əsas hədəfi “Real”da uğur qazanmaqdır, eyni zamanda oyun imkanları əldə edərək bacarıqlarını göstərmək istəyir.
Bundan başqa, Dünya Çempionatında iştirak edib-etməməsi də Endrikin gələcək perspektivinə təsir göstərə bilər. “Lion”da altı oyunda meydana çıxan Endrik 5 qol vurub.