Barselona La Liqanın 6-cı turunda Vilyarreal'ı öz meydanında məğlub edib – 2:1.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən oyun Kataloniya təmsilçisinin kapitanı Lionel Messi üçün əlamətdar olub. Belə ki, Messi 400-cü dəfə İspaniya La Liqası matçında start heyətdə meydana çıxıb. Argentinalı futbolçu turnir tarixində ən çox start heyətdə meydana çıxan ikinci əcnəbi futbolçu olub.
La Liqa tarixində start heyətdə ən çox meydana çıxan “Atletiko” və “Deportivo”nun sabiq futbolçusu Donatodur. Braziliyalı sabiq yarımmüdafiəçi turnir tarixində 415 dəfə start heyətdə oyuna çıxıb.