9 mart 2026. Bazar ertəsi

"Real Madrid" səfərdə "Osasuna"ya uduzdu


"Real Madrid" səfərdə "Osasuna"ya uduzdu

2025/2026-cı il İspaniya La Liqa mövsümünün 25-ci turunun "Osasuna" və "Real Madrid" arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "El Sadar" stadionunda (Pamplona, ​​İspaniya) baş tutan matçda meydan sahibləri 2-1 hesablı qələbə qazanıb.

Osasuna hücumçusu Ante Budimir matçın ilk qolunu 38-ci dəqiqədə penaltidən vurub. "Real Madrid" qanad oyunçusu Vinisius Junior 73-cü dəqiqədə hesabı bərabərləşdirib. Ev sahibi komanda 90-cı dəqiqədə Raulun dəqiq zərbəsi ilə qələbəni təmin edib və yekun hesabı 2-1 edib.

İspaniya liqasında 25 oyundan sonra "Real Madrid" 60 xala malikdir və turnir cədvəlinə başçılıq edir. "Osasuna" 33 xalla doqquzuncu yerdədir.

"Real Madrid" 2 martda "Xetafe" ilə qarşılaşacaq, "Osasuna" isə bir gün əvvəl "Valensiya" ilə səfərdə olacaq.







İspaniya L.L.

“Sevilya”dan xal itkisi
  • İspaniya L.L.
  • 23:43 08.03.2026
“Sevilya”dan xal itkisi
"Barselona" 3 xalı tək qolla qazandı
  • İspaniya L.L.
  • 02:07 08.03.2026
"Barselona" 3 xalı tək qolla qazandı
“Atletiko”dan çətin qələbə
  • İspaniya L.L.
  • 23:46 07.03.2026
“Atletiko”dan çətin qələbə