3 oktyabr 2026. Şənbə

“Komandamız əvvəlki uğursuzluqlara layiqli cavab verdi”


“Komandamız əvvəlki uğursuzluqlara layiqli cavab verdi”

"Barselona" "Levante"ni 3-0 hesabı ilə məğlub edərək İspaniya çempionatının turnir cədvəlində yenidən liderliyə yüksəlib.  

90deqiqe.Az-ın məlumatına görə, oyundan sonra “blauqrana”nın baş məşqçisi Hansi Flik nəticəni şərh edib. Alman mütəxəssis komandasının əvvəlki uğursuzluqlara layiqli cavab verdiyini bildirib:

“İki məğlubiyyətdən sonra psixoloji baxımdan qələbə qazanmaq çətin olur. Lakin komanda bütün suallara çox yaxşı cavab verdi. İndi isə istirahət edib qarşıdakı oyuna köklənməliyik. Bizi çox çətin matç gözləyir”, – deyə o, klubun rəsmi saytına açıqlamasında vurğulayıb.

Qeyd edək ki, "Barselona"  İspaniyanın son çempionudur.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”