24 fevral 2026. Çərşənbə axşamı

“Xavi komandaya 100 faiz inandığını dedi, amma...”


“Xavi komandaya 100 faiz inandığını dedi, amma...”

"Barselona"nın keçmiş prezidenti Joan Laporta 2024-cü ildə komandanın baş məşqçi postundan ayrılan Xavi ilə bağlı diqqətçəkən açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Catalunya Ràdio" funksionerin dediklərini belə çatdırıb.

“Bu qərar impulsiv deyildi. Mən ona deyirdim ki, daha çox təcrübəyə ehtiyacı var və tam əmin deyiləm. O isə bildirirdi ki, Qətərdə çalışmaqla kifayət qədər təcrübə qazanıb. Nəticədə ona inandım, amma hər şey istədiyimiz kimi alınmadı.

Onun sözləri yanaşmamızı dəyişdi. Soruşdum ki, komandaya inanırmı? Cavab verdi – yüz faiz. Bu, məni təəccübləndirdi, çünki ötən mövsüm boyu fərqli fikirlər səsləndirirdi. İki həftə sonra isə dedi ki, daha iki il rəqabətədavamlı ola bilməyəcəyik.

Dekunun sözlərinə görə, Xavi heyətdə 10 futbolçunun dəyişdirilməsini istəyib”

Qeyd edək ki, 2024-cü ilin yayında “Barselona”nın baş məşqçi postuna Hans-Diter Flik təyin olunub.







İspaniya L.L.

“Asan oyun olmur”
  • İspaniya L.L.
  • 23:31 23.02.2026
“Asan oyun olmur”
"Real Madrid"də daha bir itki
  • İspaniya L.L.
  • 23:22 23.02.2026
"Real Madrid"də daha bir itki
 "Valensiya" səfərdə "Vilyarreal"a uduzdu
  • İspaniya L.L.
  • 23:11 23.02.2026
"Valensiya" səfərdə "Vilyarreal"a uduzdu