- İspaniya L.L.
- 22:05 24.02.2026
"Real Madrid"in hücumçusu Kilian Mbappe son iki oyunda fərqlənə bilməsə də, komandanın baş məşqçisi Alvaro Arbeloa bunun problem olmadığını düşünür.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis mətbuat konfransında bildirib ki, Mbappenin qol vurmaması narahatlıq doğurmur:
“Mbappenin qollarla bağlı problemi olduğunu düşünmürəm. Meydanda qərarları o verir və çox ağıllı futbolçudur. Hara hərəkət etməli olduğunu dəqiq bilir. Həm cərimə meydançası daxilində, həm də ondan kənarda effektiv oynaya bilir. Kilian meydanda nə etməli olduğunu mükəmməl anlayır və statistikası da bunu təsdiqləyir”.
Qeyd edək ki, Madrid klubu növbəti oyununu fevralın 25-də keçirəcək. “Kral klubu” doğma meydanda "Benfika" ilə UEFA Çempionlar Liqası çərçivəsində üz-üzə gələcək. İlk qarşılaşmada madridlilər minimal hesablı qələbə (1:0) qazanıblar.