- İspaniya L.L.
- 22:05 24.02.2026
“Barselona”nın sabiq prezidenti Joan Laporta Lionel Messini geri qaytarmaq cəhdlərindən danışıb.
90deqiqe.Az xəbər verir ki, onun sözlərinə görə, Kataloniya təmsilçisi 2023-cü ildə argentinalı ulduzu yenidən komandaya cəlb etməyə çalışsa da, futbolçu karyerasını "İnter Mayami"də davam etdirmək qərarı verib.
“2023-cü ildə Messini geri qaytarmağa çalışdıq, lakin o, “İnter Mayami”yə keçməyi seçdi. Onun qərarına hörmətlə yanaşdıq və heç bir tənqid səsləndirmədik. Biz Messiyə çox şey verdik, Messi də “Barselona”ya çox şey qazandırdı. O, vida matçına layiqdir”, – deyə Laporta "2Cat" kanalına açıqlamasında bildirib.
Xatırladaq ki, Messi 2020/2021 mövsümünün sonunda “Barselona”dan ayrılıb. Daha sonra o, iki mövsüm PSJ-də çıxış edib və ardınca ABŞ klubuna transfer olunub.
Karyerası ərzində səkkiz dəfə “Qızıl top” mükafatını qazanan Messi futbol tarixinin ən titullu oyunçularından biri hesab olunur.
Qeyd edək ki, Joan Laporta yaxın zamanda “Barselona” prezidentliyindən ayrılaraq mart ayında keçiriləcək növbəti seçkilərdə namizədliyini irəli sürmək qərarına gəlib.