29 iyun 2026. Bazar ertəsi

Mbappe “Benfika” və “Xetafe” matçlarını buraxacaq


Mbappe “Benfika” və “Xetafe” matçlarını buraxacaq

"Real Madrid"in hücumçusu Kilian Mbappe sol diz zədəsi səbəbindən Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununu (25 fevral) buraxmalı olacaq.

90deqiqe.Az-ın "AS"a  istinadən məlumatına görə, fransız hücumçu həmçinin La Liqanın 26-cı turunda "Xetafe" ilə oyunu (2 mart) buraxmaq riski ilə üzləşir.

Mənbəyə görə, "Los Blancos" Mbappenin La Liqanın 27-ci turunda "Selta Viqo" ilə oyuna (7 mart) qədər vaxtında sağalacağına əmindir.

Mbappe bu mövsüm bütün yarışlarda 33 oyunda meydana çıxıb, 38 qol vurub və altı məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"