13 mart 2026. Cümə

"Barselona" Haalandın transferinə yaşıl işıq yandırdı


"Barselona" Haalandın transferinə yaşıl işıq yandırdı

"Barselona"nın İdman Komitəsinin üzvü Joan Soler klubun transfer bazarındakı planlarından danışıb.

90deqiqe.Az-ın məlumatına görə, o, Kataloniya təmsilçisinin maliyyə baxımından böyük keçidlərə hazır olduğunu bildirib:

“Bəli, biz Xulian Alvares və ya Erlinq Haaland kimi oyunçuları transfer edə bilərik. Beş il ərzində bu cür keçidlər özünü doğrulda və xərcləri kompensasiya edə bilər. “Barselona”nın büdcəsi buna imkan verir”.

Soler əlavə edib ki, klub maaş strukturuna xüsusi diqqət yetirir və müəyyən olunmuş limiti aşmaq niyyətində deyil:

“Biz öhdəliklərimizə qarşı çox diqqətli olmalıyıq. Özümüz üçün maaş həddi müəyyənləşdirmişik və onu keçməyəcəyik. Oyunçuları bazar dəyərinə uyğun transfer etməli, eyni zamanda əməkhaqqı sistemimizi qoruyub saxlamalıyıq”.

Hazırda “Barselona” İspaniya çempionatında — La Liqada turnir cədvəlinə başçılıq edir.







İspaniya L.L.

“VAR məni narahat edir”
  • İspaniya L.L.
  • 16:57 11.03.2026
“VAR məni narahat edir”
Rodriqo əməliyyat olundu
  • İspaniya L.L.
  • 23:39 10.03.2026
Rodriqo əməliyyat olundu