29 iyun 2026. Bazar ertəsi

De Yonq 5-6 həftə oynamayacaq


De Yonq 5-6 həftə oynamayacaq

"Barselona" klubu ciddi itki ilə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə,  Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Frenki de Yonq zədə səbəbindən beş-altı həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Starter oyunçusu Frenki de Yonq bu gün məşq zamanı sağ ayağının distal bisepsindən zədə alıb. Testlər onun sağalma müddətinin beş-altı həftə arasında olacağını təsdiqləyir", - deyə "Barselona" açıqlamasında bildirib.

Yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 31 oyunda meydana çıxıb, bir qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"