26 fevral 2026. Cümə axşamı

"Barselona" ilə 100 oyun inanılmazdır"


"Barselona" ilə 100 oyun inanılmazdır"

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik Kataloniya təmsilçisinin sükanı arxasında keçirəcəyi 100-cü oyun ərəfəsində fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, alman mütəxəssis bu məqamı karyerasında xüsusi hadisə kimi qiymətləndirib:

“‘Barselona" ilə 100 oyun – inanılmazdır. Bu, gerçəkləşən arzudur. İş çox tələbkardır, amma klubun, futbolçuların və şəhərin mənə verdiklərinə görə son dərəcə minnətdaram. Belə möhtəşəm klubda işləmək böyük şərəfdir”.

Flik bildirib ki, hər təcrübə insanı dəyişir və inkişaf etdirir:

“Barselona"da xoşuma gələn odur ki, ilk gündən özümü evimdəki kimi hiss etdim. Burada hamı böyük ehtirasla çalışır. Amma eyni zamanda bu, məsuliyyətdir – ‘Barsa’nın nəyi təmsil etdiyini, onun kimliyini və oyun üslubunu dərk etmək lazımdır”.

"Barselona" şənbə günü evdə "Vilyarreal"la La Liqa matçında qarşılaşacaq.







İspaniya L.L.

"Barselona" ilə 100 oyun inanılmazdır"
  • İspaniya L.L.
  • 20:43 26.02.2026
"Barselona" ilə 100 oyun inanılmazdır"
De Yonq 5-6 həftə oynamayacaq
  • İspaniya L.L.
  • 20:31 26.02.2026
De Yonq 5-6 həftə oynamayacaq
Ronaldo İspaniya klubuna şərik oldu
  • İspaniya L.L.
  • 13:57 26.02.2026
Ronaldo İspaniya klubuna şərik oldu
"Messini geri qaytarmağa çalışdıq"
  • İspaniya L.L.
  • 22:05 24.02.2026
"Messini geri qaytarmağa çalışdıq"