18 avqust 2026. Çərşənbə axşamı

"Atletik Bilbao" səfərdə "Rayo Valyekano"nu məğlub edə bilmədi


"Atletik Bilbao" səfərdə "Rayo Valyekano"nu məğlub edə bilmədi

La Liqanın 26-cı turunda “Rayo Valyekano” öz meydanında “Atletik” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, "Campo de Futbol de Vallecas" stadionunda baş tutan oyun 1:1 hesabı ilə yekunlaşıb.

35-ci dəqiqədə Xorxe de Frutos Madrid təmsilçilərinə hesabı açdırıb. Qolda ofsayd şübhəsi olsa da, Alvaro Qarsiya qolu təsdiqləyib – 1:0.

Fasilədən dərhal sonra Basq komandası sürətli çıxış edib. Qapıçı Aleks Berenger uzun topu ötürüb, İnyaki Uilyams fərqlənərək hesabı bərabərləşdirib – 1:1.

Turnir cədvəlinə baxdıqda, “Atletik” 7-ci pillədə qərarlaşıb və son beş turda məğlub olmayıb. “Rayo Valyekano” isə 14-cü sıradadır.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib