25 iyun 2026. Cümə axşamı

19 yaşına çatmadan 25 qol həddini keçən ilk oyunçu oldu


19 yaşına çatmadan 25 qol həddini keçən ilk oyunçu oldu

İspaniyanın La Liqa-sının 2025/2026 mövsümünün 26-cı turunda "Barselona" səfərdə "Vilyarreal"ı 4:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın “Opta Sports”a istinadən məlumatına görə, görüşdə 18 yaşlı hücumçu Lamin Yamal fərqlənib və bu nəticə ilə tarixə düşüb.

Yamal XXI əsrdə top-5 liqalarda 19 yaşına çatmadan 25 qol vuran ilk futbolçudur.

Kataloniya klubunun kanarini oyunçusu bu matçda het-trik edib. Hal-hazırda La Liqada onun aktivində 95 oyunda 27 qol var.

Cari mövsümdə Yamal klub səviyyəsində 31 oyuna çıxıb, 16 qol vurub və 13 məhsuldar ötürmə edib.

26 turdan sonra "Barselona" 64 xalla Liqa cədvəlində liderdir. "Vilyarreal" isə 51 xalla üçüncü pillədə qərarlaşıb.







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır