1 mart 2026. Bazar günü

Mbappe “Siti”yə qarşı oynayacaq? - baş məşqçi açıqladı


Mbappe “Siti”yə qarşı oynayacaq?  - baş məşqçi açıqladı

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa hücumçu Kilian Mbappenin durumu ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "AS" mütəxəssisin dediklərini belə çatdırıb.

“Onun problemi barədə dəqiq məlumatımız var və hazırda istədiyimiz tək şey – bu narahatlıqdan tam qurtulmasıdır. Vəziyyəti gündəlik olaraq izləyəcəyik. Ən vacibi odur ki, Mbappe özü özünü necə hiss etdiyini düzgün qiymətləndirsin. İndi konkret vaxt qoymaq istəmirik. O, tam hazır vəziyyətə çatdıqdan sonra meydana qayıdacaq”.

Qeyd edək ki, daha əvvəl Mbappenin sol dizindən zədə aldığı bildirilmişdi.

"Real Madrid" və "Mançester Siti" arasında ilk oyun 11 martda Madriddə keçiriləcək. Hakimin fit çalınması Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq. Cavab oyunu 17 martda Mançesterdə keçiriləcək və saat 00:00-da başlayacaq.







İspaniya L.L.

"Atletiko Madrid"dən çətin qələbə
  • İspaniya L.L.
  • 02:09 01.03.2026
"Atletiko Madrid"dən çətin qələbə
 "Barselona"dan darmadağın
  • İspaniya L.L.
  • 21:23 28.02.2026
"Barselona"dan darmadağın