25 iyun 2026. Cümə axşamı

"Sevilya" səfərdə "Betis"lə heç-heçə etdi


"Sevilya" səfərdə "Betis"lə heç-heçə etdi

İspaniya La Liqasının 26-cı turunda keçirilən Sevilya derbisi gərgin və dramatik alınıb.

90deqiqe.Az-ın məlumatına görə, "Real Betis" ilə "Sevilya" aasında baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Matçın 15-ci dəqiqəsində Xuan Ernandesin zərbəsi müdafiəçiyə dəysə də, Antoni topu tora göndərərək hesabı açıb – 1:0. İlk hissənin sonlarında Abde Ez Alvaro Fidalqoya dəqiq ötürmə edib və hesab 2:0 olub.

62-ci dəqiqədə Osunun ötürməsindən sonra Aleksis Sançes baş zərbəsi ilə fərqi azaldıb – 2:1. Qarşılaşmanın 85-ci dəqiqəsində isə Cibril Sounun ötürməsindən sonra İsaak Romero bərabərlik qolunu vuraraq “Sevilya”ya bir xal qazandırıb.

Son dəqiqələrdə Abde yenidən fərqlənməyə yaxın olsa da, onun zərbəsi dirəyə dəyib.

Hazırda “Betis” turnir cədvəlində beşinci pillədə qərarlaşıb, “Sevilya” isə 11-ci sıranı bölüşür.







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır