- İspaniya L.L.
- 23:35 02.03.2026
"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik "Atletiko Madrid"ə qarşı Kral Kuboku yarımfinalının ikinci oyunundan əvvəl hücumçu Robert Levandovskinin komandasında olmaması ilə bağlı şərh verib.
90deqiqe.Az xəbər verir ki, "Marca" çalışdırıcının dediklərini belə çatdırıb.
"Onun yoxluğu ilə barışmalıyıq. Təəssüf ki, o, "Vilyarreal"a qarşı rəqiblə toqquşdu. Bir neçə oyunçunun - Qavi, Kristensen, De Yonqun - yoxluğu çox vacibdir, amma komanda yaxşı mübarizə aparır. Bunlar başqalarının öz bacarıqlarını nümayiş etdirməsi üçün fürsətdir"
"Atletiko Madrid" yarımfinalın ilk oyununda 4-0 hesablı inamlı qələbə qazanıb.
"Barselona" hazırkı Kral Kuboku çempionudur. Keçən mövsümün finalında komanda əlavə vaxtdan sonra "Real Madrid"i 3-2 hesabı ilə məğlub etmişdi.