- İspaniya L.L.
- 14:05 03.03.2026
"Real Madrid" klubu İspaniya La Liqasının 27-ci turu çərçivəsində "Selta Viqo" ilə keçiriləcək oyunda üç futbolçunun xidmətindən yararlana bilməyəcək.
90deqiqe.Az xəbər verir ki, “Los Blankos”un heyətində müdafiəçilər Alvaro Karreras və Din Hüysen, həmçinin yarımmüdafiəçi Franko Mastantuono qarşıdakı görüşü buraxacaqlar. Hər üç oyunçu diskvalifikasiya səbəbindən La Liqanın növbəti matçında iştirak etməyəcək.
Müdafiəçilər sarı vərəqə limitini doldurduqları üçün cəzalı duruma düşüblər. Mastantuono isə son turda "Xetafe" ilə qarşılaşmada qırmızı vərəqə aldığına görə komandaya kömək edə bilməyəcək.
Qarşılaşma martın 6-da Viqo şəhərində keçiriləcək.
Xatırladaq ki, Madrid təmsilçisi son oyunda “Xetafe”yə 0:1 hesabı ilə məğlub olub.