3 mart 2026. Çərşənbə axşamı

“Bu məğlubiyyətdə günahkar mənəm”


“Bu məğlubiyyətdə günahkar mənəm”

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa “Xetafe” ilə sensasion məğlubiyyətdən sonra fikirlərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano çalışdırıcının dediklərini belə çatdırıb.

“Bu məğlubiyyətdə günahkar mənəm. Mbappe və Bellingem yox idilər deyə uduzduq? Xeyr, bu “Real Madrid”dir, bizdə belə oyunları qazanmaq üçün kifayət qədər oyunçu var. Mən bəhanə axtarmayacağam.”

Qalibiyyətsiz nəticədən sonra “Real” İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qalıb, lakin “Barselona” ilə xal fərqi artıq dörd olub.

İspaniya La Liqasının 26-cı turunda “Los Blankos” öz meydanında “Xetafe”yə 0:1 hesabı ilə uduzub.

Növbəti turda “Los Blankos”  "Selta Viqo" ilə səfər matçına çıxacaq. Qarşılaşma 6 mart cümə günü Viqoda keçiriləcək.

 







İspaniya L.L.

“Levandovski yoxdur, amma...”
  • İspaniya L.L.
  • 23:33 02.03.2026
“Levandovski yoxdur, amma...”