3 oktyabr 2026. Şənbə

“Real” azarkeşləri Florentino Peresin istefasını tələb etdi


“Real” azarkeşləri Florentino Peresin istefasını tələb etdi

İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Real Madrid" evdə "Xetafe" qarşısında sensasion şəkildə 0:1 hesabı ilə məğlub olub.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, oyunun son fitindən sonra “Los Blankos”un azarkeşləri klub prezidenti Florentino Peresin istefasını tələb ediblər. “Santiaqo Bernabeu” stadionunun tribunalarında rəhbərliyin dəyişdirilməsi yönündə şüarlar səslənib.

Uduzmadan sonra “Real” 60 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Baş məşqçi Alvaro Arbeloanın komandası lider "Barselona"dan dörd xal geri qalır.

Növbəti turda “Los Blankos” səfərdə "Selta Viqo" ilə qarşılaşacaq.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”