25 iyun 2026. Cümə axşamı

"Gənc futbolçulara vaxt vermək "Real" üçün önəmlidir"


"Gənc futbolçulara vaxt vermək "Real" üçün önəmlidir"

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa müdafiəçi Din Huysen və yarımmüdafiəçi Franko Mastantuono barədə fikirlərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Huysen və Mastantuono ilə hər şey sadədir. Mastantuono həmin yaşdadır ki, gənclər komandası belə oyunçularla formalaşdırılır. Huysen isə, millinin oyunçusu olmasına baxmayaraq, yaşına görə rahatlıqla "Kastilya" komandasında oynaya bilərdi. Mən Vinisiusu xatırlayıram, o, yalnız komandaya gəldiyi zaman insanlar onun haqqında nələr deyirdilər. İndi isə o, dünyanın ən yaxşı oyunçularından biridir və iki dəfə Çempionlar Liqasını qazanıb. Belə potensiala və səviyyəyə malik oyunçulara qarşı səbirli olmaq lazımdır. Onlar hazırda ilk mövsümlərini keçirirlər”, – Arbeloa mətbuat konfransında bildirib.

Hazırda "Real Madrid" La Liqa cədvəlində ikinci yerdədir və lider "Barselona"dan dörd xal geri qalır.







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır