7 mart 2026. Şənbə

“Real” səfərdə “Selta”nı son dəqiqələrdə məğlub etdi


“Real” səfərdə “Selta”nı son dəqiqələrdə məğlub etdi

İspaniya La Liqasının 2025/2026 mövsümünün 27-ci turunda “Selta” ilə Madrid “Real”ı üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Viqo şəhərində yerləşən “Abanka Balaidos” stadionunda baş tutub. Oyunun baş hakimi İsidorо Dias de Mera Eskuderos olub.

Gərgin keçən matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 11-ci dəqiqədə “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni açıb. 25-ci dəqiqədə isə “Selta”nın hücumçusu Borxa İqlesias tarazlığı bərpa edib. Qarşılaşmanın taleyini əlavə vaxtda – 90+4-cü dəqiqədə Federiko Valverde həll edib və Madrid klubuna qələbə qazandıran qolu vurub.

Qeyd edək ki, əvvəlki turda Alvaro Arbeloanın rəhbərlik etdiyi komanda “Xetafe”yə 0:1 hesabı ilə məğlub olmuşdu. 25-ci turda isə “Real” “Osasuna”ya 1:2 hesabı ilə uduzmuşdu.

27 turdan sonra Madrid təmsilçisi 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Selta” isə 40 xalla altıncı sırada yer alır.

Növbəti turda “Real” martın 14-də “Elçe” ilə qarşılaşacaq. “Selta” isə martın 15-də “Betis”lə üz-üzə gələcək.







İspaniya L.L.

“Barselona” öz oyun üslubuna inanır"
  • İspaniya L.L.
  • 15:37 06.03.2026
“Barselona” öz oyun üslubuna inanır"
“Yeni hücumçu almağa ehtiyac yoxdur”
  • İspaniya L.L.
  • 23:52 05.03.2026
“Yeni hücumçu almağa ehtiyac yoxdur”