3 oktyabr 2026. Şənbə

"Barselona" 3 xalı tək qolla qazandı


"Barselona" 3 xalı tək qolla qazandı

İspaniya La Liqasında 27-ci turun daha bir oyunu baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, "Atletik" doğma meydanda "Barselona"nı qəbul edib. Bilbao şəhərində yerləşən "San-Mames Barriya" stadionunda keçirilən matçın baş hakimi Xose Munuera Monterо olub.

Görüş "Barselona"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qol 68-ci dəqiqədə hücumçu Lamin Yamal tərəfindən vurulub.

Bu nəticədən sonra "Barselona" 67 xalla turnir cədvəlinin lideridir. "Atletik" 35 xalla 9-cu yerdə qərarlaşıb.

Növbəti turda "Barselona" evdə "Sevilya", "Atletik" isə səfərdə "Jirona" ilə qarşılaşacaq.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”