25 iyun 2026. Cümə axşamı

“Xetafe” “Betis”i iki cavabsız qolla məğlub etdi


“Xetafe” “Betis”i iki cavabsız qolla məğlub etdi

Futbol üzrə İspaniya La Liqasının 2025/2026 mövsümünün 27-ci turunda “Xetafe” və “Betis” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Koliseum stadionunda (Xetafe, İspaniya) keçirilib. Oyunun baş hakimi Fransisko Xose Ernandes Maeso olub. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab 28-ci dəqiqədə açılıb. “Xetafe”nin müdafiəçisi Kiko Femenia fərqlənərək komandasını hesabda önə keçirib. Birinci hissəyə əlavə olunmuş vaxtda isə hücumçu Martin Satriano qol vuraraq hesabı artırıb və qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib – 2:0.

27 turdan sonra “Betis” 43 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Xetafe” isə 35 xalla 9-cu yerdədir.

Növbəti turda “Betis” martın 15-də doğma meydanda "Selta" ilə qarşılaşacaq. “Xetafe” isə bir gün əvvəl səfərdə "Atletiko Madrid"in qonağı olacaq.







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır