10 mart 2026. Çərşənbə axşamı

"Qrizmannın gələcəyi yalnız onun qərarından asılıdır”


"Qrizmannın gələcəyi yalnız onun qərarından asılıdır”

"Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone futbolçusu Antuan Qrizmann barədə açıqlama verib.

90deqiqe.Az-ın "derbyderbyderby.it"ə istinadən məlumatına görə, o, ümid edir ki, oyunçu komandada qalacaq, lakin qərarın yalnız Qrizmannın özündə olduğunu vurğulayıb.

“Siz bilirsiniz, o, bizim üçün dayağımızdır, son dərəcə vacib oyunçudur. Ümid edirəm ki, o, bundan sonra da eyni dərəcədə effektiv olacaq. Mən onu çox sevirəm və ona, həmçinin ailəsinə ən yaxşısını arzulayıram. Karyerası üçün nə daha yaxşıdırsa, qərarı özü verəcək”

Qeyd edək ki, Qrizmann üç mövsüm "Barselona"da oynadıqdan sonra yenidən "Atletiko" klubuna qayıdıb. Bundan əvvəl o, İspaniyada "Real Sosyedad" komandasında da çıxış edib.







İspaniya L.L.

“Sevilya”dan xal itkisi
  • İspaniya L.L.
  • 23:43 08.03.2026
“Sevilya”dan xal itkisi