9 mart 2026. Bazar ertəsi

Mbappe “Real”ın həkimlərinə etimadını itirib


Mbappe “Real”ın həkimlərinə etimadını itirib

"Real" klubunun hücumçusu Kilian Mbappe komandanın həkimlərinə etimadını itirib.

90deqiqe.Az-ın "Cadena SER"ə istinadən məlumatına görə, fransalı futbolçu bu səbəbdən zədələnmiş dizini tam sağaltmadan meydana qayıtmaq niyyətində deyil. 

Mənbənin bildirdiyinə görə, hücumçu diz bağlarının dartılmasından əziyyət çəkir və bu problem onu ötən ilin dekabr ayından narahat edir. Futbolçu daha əvvəl bu məsələ ilə bağlı məsləhətləşmək üçün Parisə gedərək yerli mütəxəssislə görüşüb.

Cari mövsümdə Kilian Mbappe bütün turnirlərdə "Real"ın heyətində keçirdiyi 33 oyunda 38 qol vurub və 6 məhsuldar ötürmə edib. Fransalı hücumçu 2024-cü ildən Madrid klubunda çıxış edir.

Qeyd edək ki, 27 yaşlı futbolçu daha əvvəl Fransada PSJ və "Monako" komandalarının da formasını geyinib.







İspaniya L.L.

“Sevilya”dan xal itkisi
  • İspaniya L.L.
  • 23:43 08.03.2026
“Sevilya”dan xal itkisi
"Barselona" 3 xalı tək qolla qazandı
  • İspaniya L.L.
  • 02:07 08.03.2026
"Barselona" 3 xalı tək qolla qazandı
“Atletiko”dan çətin qələbə
  • İspaniya L.L.
  • 23:46 07.03.2026
“Atletiko”dan çətin qələbə