9 mart 2026. Bazar ertəsi

“Messinin şərəfinə abidə ucaldacağıq”


“Messinin şərəfinə abidə ucaldacağıq”

İspaniyanın "Barselona" klubunun prezidentliyinə namizəd Joan Laporta argentinalı ulduz Lionel Messinin şərəfinə abidə ucaldılması planını təsdiqləyib və komandanın sabiq baş məşqçisi Xavini tənqid edib.

90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" funksionerin dediklərini belə çatdırıb.

“Biz Messinin şərəfinə abidə ucaldırmaq və stadionun tikintisi başa çatdıqdan sonra onun üçün vida oyunu təşkil etmək istəyirik”

O, həmçinin Xavinin vəzifədən uzaqlaşdırılması məsələsinə də münasibət bildirib:

“Xavi müsahibələrində onu niyə işdən çıxardığımı izah etməyə çalışır. O, həddindən artıq özündənrazı oldu və peşəkar həyatla şəxsi həyatını uzlaşdıra bilmədi. Deyirdi ki, “Barselona” Real Madridlə rəqabət apara bilməyəcək və heyətdə dəyişikliklər tələb edirdi. Mən isə ona belə davam edə bilməyəcəyini dedim”, – deyə Laporta əlavə edib.

Xatırladaq ki, daha əvvəl Xavini klub rəhbərliyini komandanın heyətini gücləndirmək istəməməkdə tənqid etmiş və “Barselona”dan ayrılması ilə bağlı bəzi məqamları açıqlamışdı.







İspaniya L.L.

“Sevilya”dan xal itkisi
  • İspaniya L.L.
  • 23:43 08.03.2026
“Sevilya”dan xal itkisi
"Barselona" 3 xalı tək qolla qazandı
  • İspaniya L.L.
  • 02:07 08.03.2026
"Barselona" 3 xalı tək qolla qazandı
“Atletiko”dan çətin qələbə
  • İspaniya L.L.
  • 23:46 07.03.2026
“Atletiko”dan çətin qələbə