17 aprel 2026. Cümə

“Messinin “Barselona”ya qayıdışına icazə verilməyib”


“Messinin “Barselona”ya qayıdışına icazə verilməyib”

İspaniya çempionatının prezidenti Xavyer Tebas “Barselona”nın keçmiş baş məşqçisi Xavinin 2023-cü ildə hücumçu Lionel Messinin kluba qayıdışı ilə bağlı səsləndirdiyi fikirləri təkzib edib.

90deqiqe.Az-ın məlumatına görə, Tebas bildirib ki, İspaniya çempionatının rəhbərliyi 2023-cü ildə Messinin “Barselona”ya qayıdışı ilə bağlı heç bir icazə verməyib.

Xavi daha əvvəl açıqlamasında qeyd etmişdi ki, 2022-ci il dünya çempionatından sonra Messinin “Barselona”ya qayıdışı demək olar ki, həll olunmuş məsələ idi. Onun sözlərinə görə, argentinalı hücumçu kluba qayıtmaq istəyirdi və bunun üçün çempionat rəhbərliyindən də icazə alınmışdı.

Lakin “Barselona”nın prezidenti Joan Laporta transferi dayandırıb. O, bunu belə izah edib ki, Messinin qayıdışı klub daxilində maaşlarla bağlı yeni rəqabət yarada bilərdi və komanda buna maliyyə baxımından hazır deyildi.







İspaniya L.L.

"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"
Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”
“42 xal hədəfimizdir”
  • İspaniya L.L.
  • 18:26 11.04.2026
“42 xal hədəfimizdir”