- İspaniya L.L.
- 23:27 09.03.2026
“Atletiko” klubunun rəhbərliyi vinger Nikolas Qonsalesin transfer hüquqlarının “Yuventus”dan alınıb-alınmaması məsələsində iki yerə bölünüb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumatı "Calciomercato" yayıb.
Mənbənin məlumatına görə, icarə müqaviləsi başa çatdıqdan sonra Madrid təmsilçisi 27 yaşlı futbolçunu 32 milyon avro qarşılığında birdəfəlik heyətinə qata bilər.
Bildirilir ki, müqavilədə məcburi satınalma bəndi də mövcuddur. Belə ki, Qonsales mövsüm ərzində keçirilən oyunların 60 faizində ən azı 45 dəqiqə meydanda olarsa, transfer avtomatik qüvvəyə minəcək.
Hazırkı mövsümdə argentinalı futbolçu “Atletiko”nun heyətində 27 oyuna çıxıb və 3 qol vurub.
Qonsalesin "Yuventus”la qüvvədə olan müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. Futbolçunun transfer dəyəri isə 24 milyon avro olaraq qiymətləndirilir.