11 mart 2026. Çərşənbə

"Rüdiger epizodunda qırmızı vərəqə göstərilməli idi"


"Rüdiger epizodunda qırmızı vərəqə göstərilməli idi"

İspaniya çempionatının növbəti turunda keçirilən "Real Madrid" – "Xetafe" matçında baş verən qalmaqallı epizod İspaniya Hakimlər Komitəsi tərəfindən təhlil olunub.

90deqiqe.Az-ın məlumatına görə, görüşün 24-cü dəqiqəsində Madrid klubunun müdafiəçisi Antonio Rüdiger mübarizə zamanı dizilə rəqib komandanın futbolçusu Dieqo Rikonun üz nahiyəsinə zərbə endirib. Oyunun baş hakimi meydanda çox sayda futbolçu olduğu üçün həmin epizodu görməyib.

Video Köməkçi Hakim sistemi (VAR) isə vəziyyəti mübahisəli hesab edərək oyuna müdaxilə etməyib.

Komitənin araşdırmasının nəticələrinə görə, bu epizodu top uğrunda mübarizə cəhdi kimi qiymətləndirmək mümkün deyil. Bildirilib ki, hadisə zorakı oyun kimi dəyərləndirilməli və VAR müdaxilə edərək futbolçuya qırmızı vərəqə göstərilməsini təmin etməli idi.

Bununla belə, Hakimlər Komitəsi hakim səhvinin olduğunu etiraf etsə də, Antonio Rüdiger barədə əlavə intizam tədbiri tətbiq edilməyəcək.







İspaniya L.L.

Rodriqo əməliyyat olundu
  • İspaniya L.L.
  • 23:39 10.03.2026
Rodriqo əməliyyat olundu