14 aprel 2026. Çərşənbə axşamı

“VAR məni narahat edir”


“VAR məni narahat edir”

“Real Madrid” klubunun və Belçika millisinin sabiq hücumçusu Eden Hazard VAR sistemi haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, keçmiş futbolçu videoköməkçi hakim (VAR) sisteminin tətbiq olunmasına baxmayaraq, onun futbolun qarşısında duran problemləri tam həll etmədiyini bildirib. Onun sözlərinə görə, bu sistem oyun zamanı çox vaxt aparır və matçların emosional atmosferinə mənfi təsir göstərir.

“VAR sistemindən imtina edərdim. Mənim xoşuma gəlmir, hətta məni əsəbiləşdirir. O, futboldan çox emosiyanı alır... və sonda yenə də əvvəlki problemlərlə üzləşirik”, – deyə Eden Hazard bildirib.

Qeyd edək ki, VAR sistemi ilk dəfə 2016-cı ildə bəzi oyunlarda sınaqdan keçirilib. İki il sonra isə yenilik Rusiyada keçirilən futbol üzrə dünya çempionatında tətbiq olunub.







İspaniya L.L.

"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"
Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”
“42 xal hədəfimizdir”
  • İspaniya L.L.
  • 18:26 11.04.2026
“42 xal hədəfimizdir”