24 iyun 2026. Çərşənbə

David Villa “Atletiko”nun idarə heyətinə qoşulub


David Villa “Atletiko”nun idarə heyətinə qoşulub

Keçmiş ispaniyalı futbolçu David Villa "Atletiko Madrid" klubunun idarə heyətində vəzifə alıb.

90deqiqe.Az xəbər verir ki, İspaniya milli komandasının sabiq hücumçusu “matrasçılar”ın direktorlar şurasının üzvü olacaq. Bu barədə məlumat klubun rəsmi saytında yayımlanıb.

Villa təyinatı ilə bağlı belə açıqlama verib: “Yeni vəzifə ilə klubuma qayıtmaqdan çox məmnunam. Eyni zamanda hər mövsüm “Atletiko”nu daha güclü etmək üçün əvvəlki kimi istəklə çalışacağam.”

Karyerası ərzində David Villa “Valensiya”, “Barselona”, “Atletiko”, “Nyu-York Siti” və digər klublarda çıxış edib. İspaniya milli komandasında o, 98 oyun keçirərək 59 qol vurub.







İspaniya L.L.

"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi