24 iyun 2026. Çərşənbə

"Barselona" evdə "Sevilya"nı məğlub etdi


"Barselona" evdə "Sevilya"nı məğlub etdi

İspaniya çempionatının 2025/2026 mövsümünün 28-ci turunda maraqlı qarşılaşma baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, "Barselona" öz meydanında "Sevilya"nı qəbul edib. "Kamp Nou" stadionunda keçirilən görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 9-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Rafinya açıb. Hücumçu 21-ci dəqiqədə ikinci penalti qolunu vuraraq fərqi artırıb. 38-ci dəqiqədə isə Dani Olmo komandasının üçüncü qoluna imza atıb.

45+4-cü dəqiqədə Osso hesab arasındakı fərqi azaldıb. Lakin 51-ci dəqiqədə Rafinya het-trik edərək yenidən fərqi artırıb. 60-cı dəqiqədə isə Joau Kanselu fərqlənərək "Barselona"nın beşinci qolunu vurub.

90+2-ci dəqiqədə Cibril Sou "Sevilya"nın ikinci qolunu vuraraq görüşün yekun hesabını müəyyənləşdirib – 5:2.

Bu qələbədən sonra "Barselona" 70 xalla turnir cədvəlinin lideridir. Komanda ikinci pillədə qərarlaşan "Real Madrid"i dörd xal qabaqlayır. "Sevilya" isə 31 xalla 14-cü sıradadır.

Növbəti turda "Barselona"  martın 22-də doğma meydanda "Rayo Valyekano" ilə qarşılaşacaq. "Sevilya" isə bir gün əvvəl "Valensiya"nı qəbul edəcək.







İspaniya L.L.

"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi