16 mart 2026. Bazar ertəsi

“Betis”dən heç-heçə


“Betis”dən heç-heçə

İspaniya çempionatının 28-ci turunda “Betis” və “Selta” arasında gərgin mübarizə olub.

90deqiqe.Az xəbər verir ki,  görüşdə komandalar bir-birinə bərabər oyun göstərib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyun “Selta” üçün uğurlu başlayıb. 4-cü dəqiqədə Ferran Xutgla mərkəzdən 23 metrdən aşağı zərbə ilə qol vurub – qapıçı topa çatsa da, onu dayandıra bilməyib (0:1). İlk yarıda “Betis” bir neçə qol imkanı əldə etsə də, Hektor Belyerin ikinci yarının 4-cü dəqiqəsində Aitor Ruibalin ötürməsindən sonra dar bucaqdan zərbə ilə hesabı bərabərləşdirib (1:1).

Oyunun sonlarında Xavi Rodrigesin ötürməsi ilə Borxa Iglesiyas topu qola göndərsə də, ofsayd səbəbindən qol qeydə alınmayıb. Bundan sonra Ruibalın 12 metrdən zərbəsi qapıçı tərəfindən əngəllənib.

Bu nəticədən sonra “Betis” beşinci yerdə qalır, “Selta” isə üç xal geridə altıncı pillədə qərarlaşıb.







İspaniya L.L.

“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə
"Atletiko"ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:48 14.03.2026
"Atletiko"ya bir qol bəs etdi