- İspaniya L.L.
- 23:51 16.03.2026
“Real”ın baş məşqçisi Alvaro Arbeloa komandanın yarımmüdafiəçisi Federiko Valverde haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Valverde istənilən mövqedə oynaya bilir və bunu hər yerdə çox yaxşı edir. Hazırda o, karyerasının ən yaxşı səviyyəsindədir və qollar vurur. Ona meydanda müəyyən azadlıq verilib. Belinqem və Mbappe qayıtdıqdan sonra da Fedenin bu formasından istifadə etməyə davam etməliyik”
Uruqvaylı futbolçu son üç oyunda beş qol vurub. O, bu qolların üçünü Çempionlar Liqasında “Mançester Siti”yə qarşı keçirilən oyunda rəqib qapısından keçirərək het-trikə imza atıb.
Qeyd edək ki, Madrid “Real”ı Çempionlar Liqasının növbəti oyununda “Mançester Siti” ilə qarşılaşacaq. Komandalar martın 17-də üz-üzə gələcək.