- İspaniya L.L.
- 23:15 20.03.2026
İspaniyanın ikinci liqasında çıxış edən "Malaqa" azarkeşlərinin davranışına görə cərimələnib.
90deqiqe.Az-ın məlumatına görə, tur çərçivəsində "Ueska" ilə qarşılaşan meydan sahibləri 5:0 hesablı qələbə qazansa da, oyunun sonlarında tribunada insident yaşanıb. Azarkeşlərin rəqib futbolçulara ünvanladığı təhqirlər səbəbindən hakim görüşü müvəqqəti dayandırıb. Bu barədə stadionda rəsmi elan da verilib.
Oyunun davam etdirilməsi mümkün olmadığından “Malaqa” 602 avro məbləğində cərimələnib. Klub daha ağır cəza ilə də üzləşə bilərdi. Belə ki, azarkeşlər hakimlərə doğru plastik qablar atmağa cəhd edib.