- İspaniya L.L.
- 23:54 21.03.2026
“Real” klubunun baş məşqçisi Alvaro Arbeloa La Liqanın 29-cu turunda (22 mart) baş tutacaq “Atletiko” ilə oyundan əvvəl fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, Arbeloa Dieqo Simeone ilə rəqabətin onun üçün böyük şərəf olduğunu vurğulayıb.
“‘Biz xalqın komandasıyıq’ – Simeone tərəfindən ən çox səslənən şüarlardan biridir. Mən isə komandama fokuslanmışam. Belə məşqçilər qarşısında oynamaq böyük şərəfdir. Simeone uzun illər “Atletiko”da öz səviyyəsini və istedadını nümayiş etdirib. Onun yaratdığı sabitlik, komandanın yeni səviyyəyə yüksəlməsi… O, sənə imkanlarının həddini göstərir, hər oyunu ciddi düşünməyə məcbur edir. Ona görə də deyə bilərəm ki, dünya səviyyəli məşqçilər qarşısında oynamaq böyük şərəfdir”