- İspaniya L.L.
- 23:54 21.03.2026
İspaniyanın La Liqa futbolçuları arasında aparılan sorğuya görə, Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone oyun zamanı ən əsəbi davranışı olan məşqçi hesab olunub.
90deqiqe.Az-ın məlumatına görə, sorğuda iştirak edən 30 futbolçudan 43,3%-i Simeoneyə belə qiymət verib.
İkinci yerdə “Xetaфe”nin baş məşqçisi Xose Bordalas (23,3%), üçüncü yerdə isə “Vilyarreal”ın çalışdırıcısı Marselino Toral (13,3%) qərarlaşıb. Həmçinin “Jirona”nın məşqçisi Miçel Sançes (6,6%) və artıq “Real”dan ayrılmış Xabi Alonso (3,3%) da sorğuda qeyd olunub.
Sorğuya qatılan futbolçulardan biri bildirib: “Simeone rəqibləri provokasiya etməyi çox sevir.” Başqa bir futbolçu isə əlavə edib: “Bordalas hər şeyə etiraz edir.”
28 turun yekununa görə “Atletiko” 57 xalla turnir cədvəlinin dördüncü pilləsindədir. Lider “Barselona” isə 28 oyundan sonra 70 xal toplayıb.