24 iyun 2026. Çərşənbə

"Xetafe" evdə "Espanyol"u məğlub etdi


"Xetafe" evdə "Espanyol"u məğlub etdi

İspaniya La Liqasının 29-cu turunda "Espanyol" doğma meydanda "Xetafe" ilə üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun ilk hissəsinin sonları olduqca gərgin keçib. Qısa zaman kəsiyində iki dəfə fərqlənən “Xetafe” üstünlüyü ələ alıb. Əvvəlcə Domiqnquş Duarte, Luis Milyanın ötürməsindən sonra hesabı açıb. Az sonra isə Mauro Arambarri fərqlənib, bu dəfə məhsuldar ötürməni Duarte edib.

İkinci hissədə meydan sahibləri fəallaşsa da, yalnız bir qolla kifayətləniblər. 68-ci dəqiqədə Roberto Fernandes, Ruben Sançesin assistindən sonra fərqlənərək hesabı azaldıb.

Qalan dəqiqələrdə hesab dəyişməyib və “Espanyol” azarkeşlərini sevindirə bilməyib.







İspaniya L.L.

"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi