22 mart 2026. Bazar günü

“Barselona” ulduz müdafiəçisini sata bilər


“Barselona” ulduz müdafiəçisini sata bilər

İspaniya La Liqasında çıxış edən “Barselona” müdafiəçi Jül Kunde ilə bağlı qərarını verib.

90deqiqe.Az "Radio Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yay transfer pəncərəsində futbolçusu üçün daxil olacaq təklifləri nəzərdən keçirməyə hazırdır.

La Liqa nəhəngi fransalı futbolçunu “toxunulmaz” hesab etmir və yaxşı təklif olacağı halda transferinə mümkün düşünür.

Transfermarkt portalına əsasən, 27 yaşlı futbolçunun transfer dəyəri 65 milyon avro təşkil edir.

Qeyd edək ki, Kundenin “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Kataloniya klubu növbəti turda "Rayo Valyekano" ilə üz-üzə gələcək.







İspaniya L.L.

"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi